Bank Of Baku

İtaliya parlamentinin nümayəndə heyəti Azərbaycana gəlib

İtaliya parlamentinin nümayəndə heyəti Azərbaycana gəlib
# 20 sentyabr 2007 08:20 (UTC +04:00)
İtaliya parlamentinin Deputatlar Palatasının xarici işlər komitəsinin sədri Umberto Ranienenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Bu gün qonaqlar Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri ilə görüş keçirib. APA-nın məlumatına görə, U. Raniene bildirib ki, Azərbaycan İtaliyanın ticarət partnyorudur: “Ona görə də Azərbaycanın inkişafında maraqlıyıq. Azərbaycanın Avropaya inteqrasiyası prosesini sürətləndirmək üçün əlimizdən gələni etməyə hazırıq”. Milli Məclisin komissiya sədri Səməd Seyidov Azərbaycanın Avropa Birliyinin “Yeni qonşuluq siyasəti”nə qoşulduğunu xatırladan S. Seyidov rəsmi Bakının öz qonşuları ilə də yüksək səviyyəli münasibətlər qurmaqda maraqlı olduğunu vurğulayıb. Qeyd edək ki, bir günlük səfər çərçivəsində italiyalı qonaqlar Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla da görüşəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR