Bank Of Baku

Aqşin Mehdiyev: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə qədər çox beynəlxalq qurumda müzakirə aparılsa, o qədər yaxşıdır”

Aqşin Mehdiyev: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə qədər çox beynəlxalq qurumda müzakirə aparılsa, o qədər yaxşıdır”
# 20 sentyabr 2007 08:21 (UTC +04:00)
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə qədər çox beynəlxalq qurumda müzakirə aparılsa, o qədər yaxşıdır”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev deyib. O bildirib ki, bu müzakirələr ATƏT-in Minsk Qrupunun formatının dəyişməsi mənasına gəlmir. Səfir Minsk Qrupunun formatının dəyişməsindən söhbət getmədiyini, hazırda bu məsələnin heç kim tərəfindən müzakirə olunmadığını söyləyib: “Bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin BMT kimi bir qurumun gündəmində olması çox müsbət haldır. Bu problemlə mümkün qədər çox təşkilat məşğul olmalıdır”. A. Mehdiyev Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ haqqında məruzə qəbul olunduğunu xatırladaraq bunu pozitiv fakt adlandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR