Bank Of Baku

Sentyabrın 28-də Nyu-Yorkda ABŞ-GUAM formatında görüş keçiriləcək

Sentyabrın 28-də Nyu-Yorkda ABŞ-GUAM formatında görüş keçiriləcək
# 20 sentyabr 2007 08:26 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, toplantıda təşkilat üzvlərinin təşəbbüsü ilə müzakirəyə çıxarılan “GUAM ölkələrində “dondurulmuş münaqişələr”, onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı layihə ətrafında son koordinasiya işləri aparılacaq. Elə həmin gün ABŞ-GUAM formatında görüş keçirilməsi də gözlənilir. Görüşdə rəsmi Vaşinqtonu dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin müavini Devid Kramer təmsil edəcək. Qeyd edək ki, son iki ildə bu formatda Kiyev, Bakı və Vaşinqtonda keçirilən görüşlərdən sonra BMT-nin mənzil-qərargahında baş tutacaq toplantı sayca 4-cu olacaq. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR