Bank Of Baku

Həsən Kərimov: “AXCP-nin qurultayının gecikməsinə səbəb partiyanın qərargahından çıxarılmasıdır”

Həsən Kərimov: “AXCP-nin qurultayının gecikməsinə səbəb partiyanın qərargahından çıxarılmasıdır”
# 20 sentyabr 2007 09:48 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nizamnamə ilə müəyyən olunmuş qurultayının vaxtından bir il keçsə də, bu tədbir indiyədək baş tutmayıb. Partiya sədrinin təşkilati məsələlər üzrə müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, ali toplantının bu qədər gecikməsinə səbəb AXCP-nin öz qərargahından çıxarılması və yerli təşkilatlarda konfransların keçirilməsinə maneçilik törədilməsidir. Buna baxmayaraq, partiyanın yaxın aylarda qurultay keçirmək niyyətində olduğunu vurğulayan H. Kərimov bildirib ki, artıq rayon təşkilatları konfranslara tam hazırdır: “Növbəti həftələrdən konfranslar başlayacaq və iki ay müddətində yekunlaşacaq. Qurultayı ya ilin sonunda, ya da 2008-ci ilin əvvəlində keçirəcəyik”. Qurultayda Nizamnamə və struktur dəyişikliklərinin olub-olmayacağına gəldikdə, H. Kərimov hazırkı məqamda belə bir məsələnin nəzərdə tutulmadığını söyləyib: “Amma qurultay ərəfəsində və qurultayda belə təkliflər ortaya çıxarsa, bu məsələyə baxılacaq”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR