Bank Of Baku

DADP Güney Azərbaycanda qədim milli-mədəni abidələrin farslaşdırılması ilə bağlı bəyanat yayıb

DADP Güney Azərbaycanda qədim milli-mədəni abidələrin farslaşdırılması ilə bağlı bəyanat yayıb
# 20 sentyabr 2007 09:54 (UTC +04:00)
İqtidaryönlü Siyasi Partiyaların Məşvərət Məclisində təmsil olunan Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) Güney Azərbaycanda qədim tarixə malik milli-mədəni abidələrin farslaşdırılması prosesi ilə bağlı bəyanat yayıb. Partiyanın ictimaiyyətlə əlaqələr departamentindən APA-ya daxil olan bəyanatda İranın bu siyasətinin milli-mənəvi dəyərlərimizə ciddi zərbə olduğu bildirilib. İran prezidenti Mahmud Əhmədinejadın Bakıda səfərdə olarkən söylədiyi fikirləri xatırlanan bəyanat müəllifləri hesab edirlər ki, Bakıda olarkən Nizaminin fars şairi və Azərbaycana məxsus abidələrin farslara məxsus olması düşüncəsini ortaya qoyması Ermənistanın dəyirmanına su tökür: “Lakin bu kimi neqativ hallar tariximizə mənfi təsir göstərən amillər kimi dəyərləndirilməməlidir. Zaman-zaman qonşularımız milli-mənəvi dəyərlərimizi mənimsəmək cəhdləri edib, lakin əlləri boşa çıxıb. Tarixi faktları heç nə ilə inkar etmək mümkün deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR