Bank Of Baku

“Güney Azərbaycanda məktəblərin açılışı və son durum” mövzusunda dəyirmi masa keçirilib

“Güney Azərbaycanda məktəblərin açılışı və son durum” mövzusunda dəyirmi masa keçirilib
# 20 sentyabr 2007 10:56 (UTC +04:00)
Güney Azərbaycanda Milli Oyanış Hərəkatının (GAMOH) Bakı bürosunun təşəbbüsü ilə “Güney Azərbaycanda məktəblərin açılışı və son durum” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, GAMOH Bakı bürosunun rəhbəri Ağrı Qaradağlı bildirib ki, 35 milyon İran türklərinin təhsil hüquqları pozulur və onlara ana dillində təhsil almağa imkan verilmir. A. Qaradağlı İranda məktəblərin sentyabrın 23-də açılacağını diqqətə çatdırıb: “İran qanunlarına əsasən bu ölkədə yaşayan hər bir millətin ana dilində təhsil almaq hüququ var. Buna baxmayaraq, fars şovinizmi ölkədə digər millətlərin ana dilində təhsil almasına qadağa qoyub. Təhsil hüququnu tələb edən İran türkləri açıq şəkildə pantürkizmdə və ya xarici dövlətlərə işləməkdə ittiham olunaraq həbs edilirlər”. Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli isə İranı insan hüquqlarını pozmaqda ittiham edib. Onun sözlərinə görə, İranda səfir işləyən dövrdə insan haqlarının, o cümlədən türklərin haqlarının pozulduğunun şahidi olub və bu barədə dəfələrlə Azərbaycan dövlətinə məlumatlar verib. İran məktəblərindəki dərsliklərdə Azərbaycan dövlətçiliyinin əleyhinə materialların tədris olunduğunu diqqətə çatdıran Ə. Səfərlinin sözlərinə görə, İran Azərbaycandakı bir sıra təşkilat və mətbuat orqanlarına milyonlarla dollar pul verir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR