Beynəlxalq İşçi Qrupunun həmsədri Bernxard Klazen: “Çalışmalıyıq ki, əsir düşən şəxslərin üçüncü ölkədən sığınacaq istəməsi halları olmasın”
əsirlikdən azad olunduqdan sonra onlara hüquqi yardım göstərməkdir. Beynəlxalq İşçi Qrupuna Bernxard Klazen (Almaniya), Plata Zakareişvili (Gürcüstan) və Svetlana Qannuşkina (Rusiya) həmsədrlik edir.
- Cənab Klazen, iki erməni - hərbi əsir Ambarsum Aşaturyan və mülki şəxs Valeri Süleymanyan hazırda Azərbaycanda əsirlikdədir. Onların valideynləri övladlarının azadlığa buraxılmasına yardım etmək üçün Beynəlxalq İşçi Qrupuna müraciət ediblərmi?
- Hələlik adı çəkilən əsirlərin yaxınları ilə birbaşa əlaqəmiz olmayıb. Lakin biz heç valideynlərin müraciətini də gözləmirik. Biz öz axtarışlarımızı itkin düşmə faktı ortaya çıxan kimi başlayırıq. Bizim koordinatorların Ermənistanın dövlət strukturları ilə yaxşı əlaqələri var. Təbii ki, biz azərbaycanlı əsirlərin vəziyyəti, onların özlərini necə hiss etməsi barədə də məlumata malikik.
- Beynəlxalq İşçi Qrupu əsirlərin öz istəyi ilə üçüncü ölkəyə təhvil verilməsinə köməklik edə bilərmi?
- Təəssüflər olsun ki, əsir düşən şəxs bununla bağlı öz vətənində təhlükə hiss edir. Buna görə də əsir onun üçün heç də asan olmayan yol seçə, üçüncü ölkədən sığınacaq istəyə bilər. Biz çalışmalıyıq ki, gələcəkdə belə hallar ümumiyyətlə az olsun, və yaxud heç olmasın. Bunun üçün əsirlikdə olan şəxsin hansı mənəvi və psixoloji çətinliklərlə üzləşdiyini anlamaq lazımdır. Biz əsirlərin istənilən qərarına hörmətlə yanaşırıq. Çünki onlar bilir ki, Vətənə qayıdacaqları təqdirdə onları məhkəmə gözləyir. Onlar bilir ki, əsirlikdən qayıdan azərbaycanlıların bir çoxu evə qayıtdıqdan sonra məhkum edilib. Qeyd etmək istəyirəm ki, bizim qrup əsirlərin üçüncü ölkəyə təhvil verilməsi məsələsi ilə məşğul olmur. Bu, yalnız BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının səlahiyyətinə daxil olan məsələdir.
- Beynəlxalq İşçi Qrupu erməni əsirliyindən azad edildikdən sonra məhkəmə qərarı ilə azadlıqdan məhrum edilən azərbaycanlı əsirlərin azadlığa buraxılması cəhdlərini davam etdirəcəkmi? Sizdə Azərbaycan əsirliyindən azad edildikdən sonra Ermənistanda məhkum edilmiş ermənilərin siyahısı varmı?
- Biz əvvəllər olduğu kimi, məhkum edilmiş sabiq azərbaycanlı əsirlərin taleyi ilə maraqlanırıq. Beynəlxalq İşçi Qrupu Azərbaycan rəhbərliyinə iki dəfə müraciət göndərərək həmin şəxslərin əfv olunmasını xahiş edib. Lakin hələlik onları azadlığa buraxmaq mümkün olmayıb. Biz anlayırıq ki, cəmiyyətdə keçmiş əsirlərə şübhə ilə yanaşırlar. Buna görə də, onların azadlığa buraxılması işin hələ yarısıdır, cəmiyyətin bu bədbəxt insanlara, özlərindən asılı olmayaraq taleyin hökmü ilə düşmən tərəfə əsir düşən, çoxlu mənəvi və psixoloji alçaltmalara məruz qalan keçmiş əsirlərə yazığı gəlməlidir. Mən Almaniyada azərbaycanlı sabiq hərbi əsirlərin vəziyyəti barədə çəkinmədən danışıram, bir çox siyasətçilər və vətəndaş cəmiyyəti qurumlarının rəhbərləri onların taleyindən xəbərdardır. Mən istəyirəm ki, sabiq hərbi əsirlər daha çox müdafiə olunsun, onlara daha çox dəstək verilsin.
- Sizin təqdim etdiyiniz siyahıdan görünür ki, erməni əsirliyindən qayıtmış azərbaycanlıların bir qismi hərbi əsirlikdə cinayətkar əməllərə yol vermək, uşaqbazlıq, zorlama, uşaqbazlıqda iştirak etmək kimi maddələrlə məhkum olunub. Sizcə ictimaiyyət qeyd olunan maddələrlə məhkum edilmiş şəxslərin azadlığa buraxılmasını istəyərmi?
- Bilirsiniz, dediyiniz maddələrlə məhkum edilən sabiq əsirlər iki-üç nəfərdir. Biz Azərbaycan hökumətini insanlığa qarşı cinayət törətmiş şəxsləri azadlığa buraxmağa çağırmırıq. Belə situasiyalarda biz ədalətli və açıq məhkəmə keçirilməsinə çağırırıq ki, bu şəxslər öz mövqelərini müdafiə edə bilsin.
- Beynəlxalq İşçi Qrupunun Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə münasibətləri hansı səviyyədədir?
- Bizim sabiq hərbi əsirlərin məhkumluğuna dair mövqeyimizlə əlaqədar qeyd etdiyiniz dövlət komissiyası ilə əlaqələrimiz pisləşib. Biz komissiya ilə daha gec-gec əlaqə saxlamağa başlamışıq, lakin bu, əlaqələri birdəfəlik kəsməyimiz anlamına gəlmir. Ermənistanın müvafiq dövlət komissiyası ilə də mütəmadi əlaqələrimiz yoxdur, bununla belə bizim koordinatorlar Ermənistan və Dağlıq Qarabağda əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyaları ilə aktiv əməkdaşlıq edir və itkin düşmüş şəxslərin tapılması sahəsində böyük təcrübəyə malikdirlər.
- Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin iştirakı ilə qarışıq komissiyanın yaradılması işi hansı mərhələdədir?
- Bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası çox məhsuldar işləyir, lakin siyasi səbəblərə görə humanitar məsələlərdə bu kimi əməkdaşlığa hazır deyil. Erməni tərəfi isə mənə elə gəlir ki, qarışıq komissiyanın yaradılmasını texniki səbəblərə görə istəmir. /APA/
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Xəbər Lenti
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb
FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB
Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir
“Rosatom” Buşehr AES-ə işçilərini yaxın həftələrdə qaytarmağı planlaşdırır
Pekində təyyarə hündürlüyü 528 metr olan göydələnə çırpılıb - VİDEO
İsrailin müdafiə naziri İranı hədələyib: Heç nə bizi dayandıra bilməz
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib
Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib
Rusiya XİN vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib
Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub
“Kristal” “City Garden Narimanov” layihəsində yeni mərhələni satışa təqdim etdi - Faizsiz kredit və ipoteka imkanları!
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub - ANONS
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Baş katib: Ermənistanın MDB-dən çıxmasından söhbət getmir, təşkilatda qalacaqlar
Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib, Ermənistan yüksək səviyyəli nümayəndə göndərməyib - FOTO
Rusiya ilə Ukrayna arasında “160-ın 160-a” formatında əsir mübadiləsi olub
Abşeronda 122 motoxuliqan saxlanılıb - VİDEO
DİN: İtkin düşən 6 nəfər tapılıb