Bank Of Baku

Milli Məclisin sədri Oqtay Əsədov Umberto Ranierinin başçılıq etdiyi İtaliya parlamentinin nümayəndə heyətini qəbul edib

Milli Məclisin sədri Oqtay Əsədov Umberto Ranierinin başçılıq etdiyi İtaliya parlamentinin nümayəndə heyətini qəbul edib
# 20 sentyabr 2007 12:32 (UTC +04:00)
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Deputatlar Palatasının Xarici İşlər Daimi Komissiyasının sədri Umberto Ranierinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə O. Əsədov Azərbaycanın dünya dövlətləri, o cümlədən İtaliya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini və Avroatlantik məkana inteqrasiya etdiyini deyib. Spiker 2007-ci ilin yanvar-iyul aylarında İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 560 milyon ABŞ dolları təşkil etdiyini bildirib. Görüşdə Azərbaycan və İtaliya arasında parlamentlər səviyyəsində də əməkdaşlığın yüksələn xətlə davam etdirildiyi vurğulanıb. U. Ranieri İtaliyanın Qafqazın bu bölgəsinə böyük maraq göstərdiyini deyib. Azərbaycanın Avroatlantik məkana inteqrasiyası etdiyini deyən qonaq ölkədə aparılan islahatları yüksək qiymətləndirdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR