Bank Of Baku

Müxalifət Venesiya Komissiyası ilə Azərbaycan hakimiyyətinin nümayəndələri arasında keçiriləcək dəyirmi masada iştiraka həvəslidir

Müxalifət Venesiya Komissiyası ilə Azərbaycan hakimiyyətinin nümayəndələri arasında keçiriləcək dəyirmi masada iştiraka həvəslidir
# 20 sentyabr 2007 12:57 (UTC +04:00)
“Azadlıq” bloku Seçki Məcəlləsinə əlavə və dəyişikliklər mövzusunda Avropa Şurasının Venesiya Komissiyası ilə Azərbaycan hakimiyyətinin nümayəndələri arasında keçiriləcək dəyirmi masaya dəvət alarsa, müzakirələrə qatılacaq. Bu barədə APA-ya blokda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, əslində Venesiya Komissiyası tərəfindən təqdim olunan layihənin müəllifi “Azadlıq” blokudur: “Ona görə də keçiriləcək danışıqlarda “Azadlıq” blokunun nümayəndələrinin iştirakını vacib sayırıq. Biz seçki komissiyalarının paritet əsaslarla formalaşmasını istəyirik”. Dəyirmi masaya qədər müxalifətin bir araya gəlib vahid mövqedən çıxış etməsinə nə qədər ehtiyac olduğuna gəldikdə, H. Kərimov bildirib ki, bu məsələdə “Azadlıq” blokunun mövqeyi yekdildir: “Son vaxtlar Müsavat Partiyasının başqanı və ayrı-ayrı funksionerlərin açıqlamaları göstərir ki, onlar da komissiyaların paritet əsaslarla formalaşmasının tərəfdarıdır. Mənə elə gəlir ki, danışıqlarda da həmin mövqedən çıxış edəcəklər və Müsavatın bu mövqeyini müsbət qiymətləndirirəm. Qalan müxalifət partiyaları haqda konkret söz deyə bilmərəm”.
Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub isə dəyirmi masa ilə bağlı partiyaya müraciət daxil olmadığını deyərək konkret fikir bildirməyib: “Müraciət olunacağı halda, bunu müzakirə edəcəyik. Seçki komissiyaları ilə bağlı bizim də təkliflərimiz var və bu təklifləri Avropa Şurasına göndərmişik. Tədbirdə iştirak etsək, bir daha öz təkliflərimizi əsaslandıracağıq”. V. Əyyub müxalifətin bu məsələdə yekdil mövqedən çıxış etdiyini bildirib və xüsusi məsləhətləşmələrə ehtiyac olmadığını vurğulayıb.
Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Həsrət Rüstəmov da dəvət olunacaqları təqdirdə müzakirələrdə iştirak edəcəklərini söyləyib: “Bizim bir sıra konkret təkliflərimiz var. Venesiya Komissiyası ilə uzun müddətdən bəri aparılan müzakirələr səmərəli nəticə ilə yekunlaşmalıdır. Əsas məqsəd seçkidə iştirak edəcək tərəflərin qarşılıqlı etimadına sahib olan komissiyaların formalaşdırılması ilə bağlı razılığa gəlməkdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR