Bank Of Baku

Telekanalların qarşılıqlı yayımı ilə bağlı Rusiyanın təklifləri Azərbaycan XİN-də nəzərdən keçirilib

Telekanalların qarşılıqlı yayımı ilə bağlı Rusiyanın təklifləri Azərbaycan XİN-də nəzərdən keçirilib
# 20 sentyabr 2007 12:58 (UTC +04:00)
Azərbaycan və Rusiya televiziyalarının qarşılıqlı yayımının qayda və şərtlərinə dair texniki müqavilə layihəsi ilə bağlı Rusiya tərəfinin Azərbaycan XİN-ə göndərdiyi təkliflərə baxılıb. Bu barədə APA-ya nazirliyin mətbuat katibi Xəzər İbrahim məlumat verib. O bildirib ki, XİN-də nəzərdən keçirilən təkliflər Milli Televiziya və Radio Şurasına göndərilib. Şuradan isə bildirilib ki, qurum hələlik təkliflərlə tanış olmayıb.
Qeyd edək ki, iyul ayında bu sahədə iki ölkə arasında hökumətlərarası saziş imzalanıb. Sazişdə “RTR-Planeta”nın Azərbaycanda, AzTV-nin isə Rusiyada yayımının paritet əsaslarla təşkili məsələsi öz əksini tapıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR