Bank Of Baku

GAMOH və DAK İrandakı türklərin ana dilində təhsil haqlarının bərpası tələbi etiraz aksiyası keçirəcək

GAMOH və DAK İrandakı türklərin ana dilində təhsil haqlarının bərpası tələbi etiraz aksiyası keçirəcək
# 20 sentyabr 2007 13:07 (UTC +04:00)
Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) və Dünya Azərbaycanlıları Konqresi (DAK) İrandakı türklərin ana dilində təhsil haqlarının bərpası tələbi ilə sentyabrın 24-də bu ölkənin Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirəcək. GAMOH-un Bakı bürosundan APA-ya verilən məlumata görə, aksiyada bu ölkədə yaşayan 35 milyon türkün haqlarının bərpası tələb olunacaq və İran dövlətinin qeyri-farslarla bağlı siyasəti pislənəcək. Qeyd edək ki, İran türklərinin ana dilində təhsil haqlarının bərpası tələbi ilə sentyabrın 23-də Təbrizdə və İranın türklər yaşayan başqa şəhərlərində də aksiyaların keçirilməsi nəzərdə tutulması barədə məlumat verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR