Bank Of Baku

Sərdar Cəlaloğlu müxalifət partiyaları ilə danışıqlar aparacaq

Sərdar Cəlaloğlu müxalifət partiyaları ilə danışıqlar aparacaq
# 20 sentyabr 2007 13:37 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu müxalifətin Seçki Məcəlləsi ilə bağlı vahid mövqedən çıxış etməsi üçün partiyalarla danışıqlar aparacaq. Partiya sədrinin müavini Həsrət Rüstəmovun APA-ya verdiyi məlumata görə, İdarə Heyətinin son iclasında bu mövzu müzakirə edilib. Hazırda müxalifətin məcəllə ilə bağlı yekdil mövqedən çıxış etmədiyini bildirən qurum üzvləri müxalifət adından vahid sənəd hazırlanmasının vacibliyini vurğulayıblar. İdarə Heyəti S. Cəlaloğluna müxalifət partiyaları ilə danışıqlar aparmaq üçün səlahiyyət verib. H. Rüstəmov hazırda müxalifət partiyalarının mövqelərinin bir-birinə yaxın olduğunu, amma bəzi xırda fərqlərin problem yaratdığını deyib. Danışıqlar əsasən “Azadlıq” bloku və müxalifətin Məşvərət Məclisinə daxil olan partiyalarla aparılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR