Bank Of Baku

Rauf Qurbanov: “Bəzi partiya üzvləri öz çirkin niyyətlərini həyata keçirmək istəyir”

Rauf Qurbanov: “Bəzi partiya üzvləri öz çirkin niyyətlərini həyata keçirmək istəyir”
# 20 sentyabr 2007 14:00 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi (AKP MK) sədrinin birinci müavini Rauf Qurbanov partiyada sədrlik uğrunda gedən mübarizə ilə bağlı bəyanat verib. R. Qurbanovun APA-ya daxil olan bəyanatında AKP-nin xəyanətlə qarşılaşdığı və kənarda hazırlanan ssenari əsasında partiyanın daxildən parçalanması istiqamətində işlər görüldüyü bildirilir: “Ramiz Əhmədovun səhhətində problem yaranan gündən bəzi partiya üzvləri bunun nə ilə nəticələnəcəyini əvvəlcədən proqnozlaşdırıb, öz çirkin niyyətlərini həyata keçirmək üçün gizli hazırlıqla məşğul olublar. Ramiz Əhmədovun vəfatından istifadə edən qüvvələr hətta mərhumun qırx mərasimini belə gözləmədən onun ruhuna hörmətsizlik edərək tələm-tələsik bağlı qapılar arxasında öz planlarını reallaşdırmağa cəhd göstərirlər. Çoxsaylı kommunistlər bu cəhdi pisləyir və plenumun R. Əhmədovun qırxından sonra keçirilməsini məqsədəuyğun hesab edirlər. Əks halda partiyanın bütövlüyünü qorumaq məqsədilə adekvat tədbirlər planlaşdırılır. Həmin şəxslər partiyanın sıralarından kənarlaşdırılacaqlar”. Bəyanatda AKP üzvlərindən Plenum keçirilən vaxt partiyanın qərargahına toplaşmaları xahiş edilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR