Bank Of Baku

Avropa Seçki Rəsmiləri Assosiasiyasının rəhbərliyində dəyişiklik edilib

Avropa Seçki Rəsmiləri Assosiasiyasının rəhbərliyində dəyişiklik edilib
# 20 sentyabr 2007 15:03 (UTC +04:00)
Avropa Seçki Rəsmiləri Assosiasiyası Baş Assambleyasının illik yığıncağında qurumun rəhbərliyində dəyişiklik edilib. Hazırda Strasburqda olan Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımovun APA-ya verdiyi məlumata görə, Assosiasiyanın Baş Assambleyasının illik yığıncağında Avropanın müxtəlif ölkələrindən quruma üzv nümayəndələr iştirak edib. Asossasiyayanın baş katibi Zoltan Tos bu dəfə həmin posta seçilməyib və həmin yerə Rumıniya MSK-nın nümayəndəsi seçilib. R. Qasımovun sözlərinə görə, assambleyanın iclasında həmçinin, təşkilati məsələlər müzakirə olunub, illik maliyyə hesabatı dinlənilib və müzakirələr aparılıb. Qurumun növbəti illik iclasının gələn il Rumıniyada keçirilməsi qərara alınıb. R. Qasımov həmçinin, assosiasiya tərəfindən “Seçki iştirakçılarının peşəkarlığının artırılması” mövzusunda keçirilən konfransda iştirak etdiyini bildirib. Hazırda isə Seçki İdarəetmə Qurumlarının IV Avropa Konfransı keçirilir. MSK katibinin sözlərinə görə, Venesiya Komissiyası tərəfindən təşkil olunan bu konfrans iki gün davam edəcək və burada əsas mövzu “Seçkilər zamanı baş verən qanun pozuntularına qarşı mübarizə - şikayətlərə baxılma proseduru”dur. R. Qasımov tədbirlərin heç birində Azərbaycanla bağlı müzakirələrin aparılmadığını bildirib. Qeyd edək ki, Avropa Seçki Rəsmiləri Assosiasiyası 1991-ci ildən bəri fəaliyyət göstərir və hazırda 21 ölkə qurumun tamhüquqlu üzvüdür. Azərbaycan Mərkəzi Seçki Komissiyası 2002-ci ildən etibarən bu təşkilatın üzv olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR