Bank Of Baku

Çətin Kazak: “Azərbaycanın problemlərini dərindən öyrənəcəyik və qış sessiyasında müzakirə edəcəyik”

Çətin Kazak: “Azərbaycanın problemlərini dərindən öyrənəcəyik və qış sessiyasında müzakirə edəcəyik”
# 20 sentyabr 2007 15:29 (UTC +04:00)
“Azərbaycanın xarici işlər naziri ilə çox maraqlı müzakirələr apardıq və belə bir qənaətə gəldik ki, ölkənin qarşısında iki əsas problem dayanır”. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan NATO Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri, bolqarıstanlı deputat Çətin Kazak Elmar Məmmədyarovla keçirdikləri görüşdən sonra deyib. O, problemləri müsbət və mənfi cəhətlərinə görə iki yerə bölüb: “Müsbət problemlər hasil olunan neft və qazın ixrac olunması, ölkənin inkişaf etdirilməsi və sair məsələlərdir ki, Azərbaycan bu problemlərin öhdəsindən çox uğurla gəlir. Mənfi məsələ Dağlıq Qarabağ münaqişəsidir və onun bu yaxınlarda həllini tapması mümkün görünmür. Buna görə də biz NATO Parlament Assambleyası olaraq bu məsələləri dərindən öyrənəcəyik və qış sessiyasında müzakirə edəcəyik. Ölkə üzərində diqqətimizi hər zaman saxlayacağıq ki, ölkənin həm müsbət, həm də mənfi problemlərinin həllində ona öz yardımımızı göstərə bilək”. Deputatın sözlərinə görə, Azərbaycan hökumətinin həm orduda, həm də cəmiyyətdə islahatları davam etdirmək, gələcəkdə NATO üzvlüyü üçün tələb olunan olan bütün öhdəlikləri yerinə yetirmək iradəsi var: “Əlbəttə, nöqsanlar qalmaqda davam edir. Biz bu nöqsanların aradan qaldırılması üçün araşdırmalarımızı və hökumətə dəstəyimizi davam etdirəcəyik. Bizim üçün ən vacib məsələ ondan ibarətdir ki, hökumətin doğrudan da aydın iradəsi var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR