Bank Of Baku

AVCİYA-nın nümayəndə heyəti konqresmenlərlə görüşüb

AVCİYA-nın nümayəndə heyəti konqresmenlərlə görüşüb
# 20 sentyabr 2007 15:58 (UTC +04:00)
AVCİYA-nın nümayəndə heyətinin ABŞ-a səfəri davam edir. Nümayəndə heyətinin rəhbəri, assosiasiyanın vitse-prezidenti Vəli Əlibəyovun APA-ya verdiyi məlumata görə, nümayəndə heyəti dünən ABŞ Konqresinin bir neçə üzvü ilə görüşüb, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komissiyasında, Avropa üzrə Xarici Əlaqələr Alt Komitəsində və Helsinki Komissiyasında görüşlər keçirib. Görüşlərdə konqresmenlər əsasən Azərbaycanda bir neçə jurnalistin həbsinin səbəbləri, bunun söz və mətbuat azadlığına təsiri, 2008-ci il prezident seçkilərinin beynəlxalq hüquq normalarına uyğun keçirilməsi üçün görüləcək tədbirlər və işğal olunmuş Azərbaycan torpaqları ilə həmsərhəd ərazilərdə təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR