Bank Of Baku

Elmar Məmmədyarov NATO Parlament Assambleyasının demokratik idarəetmə üzrə alt komitəsinin üzvlərini qəbul edib

Elmar Məmmədyarov NATO Parlament Assambleyasının demokratik idarəetmə üzrə alt komitəsinin üzvlərini qəbul edib
# 20 sentyabr 2007 16:04 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan NATO Parlament Assambleyasının demokratik idarəetmə üzrə alt komitəsinin üzvlərini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin başçısı Çətin Kazak bildirib ki, səfərdə məqsəd Azərbaycandakı mövcud vəziyyət və son 5 ildə bütövlükdə Cənubi Qafqaz regionunda baş vermiş geosiyasi dəyişikliklərlə yerində tanış olmaqdır. Elmar Məmmədyarov qonaqlara Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri haqqında ətraflı məlumat verərək NATO və avroatlantik strukturlarla əməkdaşlığın dərinləşdirilməsinin rəsmi Bakının xarici siyasətində xüsusi yer tutduğunu deyib. O, NATO ilə Fərdi Tərəfdaşlıq Proqramının ikinci mərhələsinin həyata keçirildiyini, bu çərçivədə Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində tədbirlərin həyata keçirildiyini qeyd edib. Daha sonra ölkənin qarşısında duran problemlərə diqqət çəkən nazir Dağlıq Qarabağ, eləcə də bölgədə mövcud olan digər münaqişələrin regionun inkişafına və inteqrasiyanın dərinləşməsinə əngəl yaratdığını söyləyib. E. Məmmədyarov münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasının mümkünlüyünü vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR