Bank Of Baku

“Azadlıq” bloku digər partiyalarla birgə mitinqi mümkün saymır

“Azadlıq” bloku digər partiyalarla birgə mitinqi mümkün saymır
# 20 sentyabr 2007 16:10 (UTC +04:00)
“Azadlıq” bloku Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməyəcəyi halda, kütləvi aksiyalara başlayacaq. Blokda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov APA-ya açıqlamasında bildirib ki, artıq bununla bağlı blokda ilkin müzakirələr aparılıb. Venesiya Komissiyası ilə aparılan müzakirələrin nəticəsini gözlədiklərini deyən H. Kərimov keçiriləcək aksiyalarda sosial iqtisadi tələblərin də irəli sürüləcəyini qeyd edib. Sədr müavini ənənəvi olaraq blokun şəhərin kənarında Bakı Şəhər İcra Hakimiyyətinin kütləvi aksiyalar üçün ayırdığı yerlərdə mitinq keçirmək fikrində olmadığını bildirib: “Aksiyalar yenə də şəhərin mərkəzində təyin olunacaq. Şəhər rəhbərliyinin mövqeyindən asılı olmayaraq bu məsələdə güzəştə getməyəcəyik və konstitusion hüququndan istifadə edəcəyik”. Müxalifət partiyaları ilə birgə aksiyaların keçirilməsinin mümkünlüyünə gəldikdə, H. Kərimov bildirib ki, digər partiyalarla blok arasında fikir ayrılığı var: “Bir çoxları hakimiyyətin təklif etdiyi yerlərdə şəhərin kənarında aksiyaların keçirilməsinə tərəfdardır. Ona görə biz bu aksiyaları tək keçirəcəyik. Əgər kimsə bizim təyin etdiyimiz yerlə razılaşarsa, o zaman aksiyamıza qoşula bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR