Bank Of Baku

İsgəndər Həmidov üzərində məhkumluğun götürülməsi ilə bağlı məhkəməyə müraciət edəcək

İsgəndər Həmidov üzərində məhkumluğun götürülməsi ilə bağlı məhkəməyə müraciət edəcək
# 21 sentyabr 2007 07:30 (UTC +04:00)
Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidov məhkumluğunun götürülməsi ilə bağlı yenidən məhkəmə instansiyalarına müraciət edəcək. Bu barədə APA-ya açıqlama verən İ. Həmidovun sözlərinə görə, 2005-ci ildə parlament seçkisi öncəsi məhkumluğun üzərindən götürülməsi ilə bağlı etdiyi müraciətlərə məhkəmə instansiyaları mənfi cavab verib. İ. Həmidov bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdiyini və şikayət ərizəsinin icraata götürüldüyünü deyib: “2005-2006-cı illərdə bununla bağlı Azərbaycanın bütün məhkəmə instansiyaları müraciətimə mənfi cavab verib. Bir il keçdikdən sonra yenidən həmin işlə bağlı məhkəməyə müraciət etmək mümkündür. Yaxın iki ay ərzində üzərimdən məhkumluğumun götürülməsi ilə əlaqədar Səbayel rayon Məhkəməsinə müraciət edəcəyəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR