Bank Of Baku

MDB XİN başçıları Düşənbədə 24 məsələni müzakirə edəcəklər

MDB XİN başçıları Düşənbədə 24 məsələni müzakirə edəcəklər
# 21 sentyabr 2007 08:10 (UTC +04:00)
Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurası oktyabrın 4-də Düşənbədə 24 məsələni müzakirə edəcək. APA-nın MDB İcraiyyə Komitəsinin saytına istinadən məlumatına görə, nazirlər MDB-nin gələcək inkişaf konsepsiyası layihəsi, miqrasiya siyasəti, dövri mətbuat, kitab nəşri və yayımı və poliqrafiya sahəsində əməkdaşlıq, cinayətkarlıq və terrorizmlə mübarizə, mədəni sərvətlərin oğurlanması ilə mübarizə və onların qaytarılmasının təminatı, miqrasiya təşkilatları rəhbərləri Şurasının yaradılması, cinayətkar gəlirlərin leqallaşması (yuyulması) və terrorizmi maliyyələşdirmə ilə mübarizə, MDB dövlət başçıları və hökumət başçıları şuralarının iclaslarının gündəliklərinin layihələri və s. məsələləri müzakirə edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR