Bank Of Baku

Litvadakı enerji sammitində Avropa Birliyinin Xəzər, Qara dəniz regionları və Rusiya ilə əməkdaşlığı müzakirə olunacaq

Litvadakı enerji sammitində Avropa Birliyinin Xəzər, Qara dəniz regionları və Rusiya ilə əməkdaşlığı müzakirə olunacaq
# 21 sentyabr 2007 08:56 (UTC +04:00)
APA-nın məlumatına görə, forum oktyabrın 10-da “Rival Hotel Luetuva” mehmanxanasında iştirakçı ölkələrin ekspertləri və enerji müəssisələrinin rəhbərlərinin iştirakı ilə başlayacaq. Elə həmin gün prezident iqamətgahında Litva, Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Polşa prezidentlərinin görüşü olacaq. Ertəsi gün prezidentlərin, eləcə də tədbirə dəvət olunmuş Baltik, Qara dəniz, Mərkəzi Asiya, Avropa Birliyi ölkələri və Rusiyanın hökumət başçılarının, nazirlərinin, həmçinin NATO təmsilçilərinin iştirakı ilə dünya enerji təhlükəsizliyi ilə bağlı müzakirələr keçiriləcək. Litva prezidenti Valdas Adamkus bildirib ki, konfrans çərçivəsində keçiriləcək diskussiyalarda transatlantik enerji dialoqu, Avropa Birliyinin bu sahədə Rusiya, Qara dəniz və Xəzər regionları ilə əməkdaşlığı, Baltik enerji strategiyasının inkişafı əsas mövzular olacaq. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR