Bank Of Baku

Rəsul Quliyev: “İnterpol mənim həbsim və Azərbaycana ekstradisiyamla bağlı hər hansı iş aparmır”

Rəsul Quliyev: “İnterpol mənim həbsim və Azərbaycana ekstradisiyamla bağlı hər hansı iş aparmır”
# 21 sentyabr 2007 10:00 (UTC +04:00)
“İnterpol mənim həbsim və Azərbaycana ekstradisiya olunmağımla bağlı hər hansı iş aparmır. Bu barədə deyilənlər əsassızdır”. Bu sözləri APA-ya açıqlamasında hazırda ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyev deyib. Qeyd edək ki, Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi Məmməd Mikayılov APA-ya açıqlamasında R. Quliyevin Azərbaycana ekstradisiyası ilə bağlı tədbirlər davam etdirildiyini bildirib. M. Mikayılovun açıqlaması ilə tanış olduqdan sonra redaksiya ilə əlaqə saxlayan R. Quliyev Azərbaycanın hüquq-mühafizə orqanlarının mütəmadi olaraq analoji bəyanatlarla çıxış etdiyini, lakin barəsində başlanılmış cinayət işinin heç bir hüquqi əsası olmadığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR