Bank Of Baku

Asim Mollazadə İtaliya parlamentinin üzvləri və ABŞ Dövlət Departamentinin nümayədələri ilə görüşüb

Asim Mollazadə İtaliya parlamentinin üzvləri və ABŞ Dövlət Departamentinin nümayədələri ilə görüşüb
# 21 sentyabr 2007 10:50 (UTC +04:00)
Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asım Mollazadə İtaliya parlamentinin Deputatlar Palatasının xarici işlər daimi komissiyasının sədri Umberto Ranierlə görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-İtaliya münasibətləri, parlamentlər arasında əməkdaşlıq perspektivləri, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası müzakirə olunub. A. Mollazadə həmçinin, NATO Parlament Assambleyasının Demokratik İdarəetmə üzrə Altkomitəsinin sədri Çətin Kazakla görüşüb. Bu görüşdə NATO ilə əməkdaşlıq, Azərbaycanda demokratik islahatlar və tolerantlıqla bağlı məsələlər müzakirə olunub. Partiya sədrinin daha bir görüşü ABŞ Dövlət Departamentinin Qafqaz və regional münaqişələr idarəsinin rəhbəri Pol Uolerslə olub. Görüşdə A. Mollazadə rəhbərlik etdiyi partiya ilə bağlı məlumat verib, tərəflər Azərbaycan-Ermənistan münaqişəsini müzakirə ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR