Bank Of Baku

Yaqub Abbasov: “Müxalifətin Məşvərət Şurası hakimiyyətin tapşırığı və razılığı ilə yaradılıb”

Yaqub Abbasov: “Müxalifətin Məşvərət Şurası hakimiyyətin tapşırığı və razılığı ilə yaradılıb”
# 21 sentyabr 2007 11:09 (UTC +04:00)
“Altı müxalifət partiyasının yaratdığı Məşvərət Şurasının heç bir perspektivi yoxdur. Çünki orada toplaşan siyasi qurumların rəhbərləri bir-birinə nifrət edən şəxslərdir. Onların hər birinin qarşısıalınmaz ambisiyası var”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədr müavini Yaqub Abbasov bildirib. Onun sözlərinə görə, Məşvərət Şurası orada təmsil olunan partiyaların öz təşəbbüsləri ilə yox, məhz hakimiyyətin tapşırığı və razılığı ilə yaradılıb: “Məqsəd maraqlı məqamlarda müəyyən tapşırıqları yerinə yetirməkdən ibarətdir. Hakimiyyət üçün lazım olan məqamda Məşvərət Şurası müxalifətin vahid mövqedən çıxış etməsinin qarşısını alacaq və ümumi narazılıq elementlərinin əmələ gəlməsinə çalışacaq: “Müsavatda hazırda gedən proseslər də bunu göstərir. Əgər şərait dəyişməsə və müxalifət bu vəziyyətdə qalsa, onlar seçkilərdə iqtidarın tapşırığı ilə şou yaradacaqlar. Ona görə də 2008-ə kimi müxalifət bu vəziyyətdə qala bilməz, irəliləyiş və güclənmə olmalıdır. Hakimiyyət bu qüvvələrdən 2003-cü ildə də istifadə etdi və indi effekt vermir. Çünki dəfələrlə istifadə olunublar, eyni şoularda çıxış ediblər. İndi də bütün güclərini qoyublar, amma hələlik heç nə alınmayıb. Düşünürəm ki, hakim siyasi partiya 2008-ci il seçkilərini daha sakit variantda keçirmək üçün digər variantlardan da istifadə edəcək”.
Məşvərət Şurasında təmsil olunan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya bildirib ki, Y. Abbasovun dediklərinin heç bir əsası yoxdur: “Ən azı ona görə ki, Azərbaycanda müxalifət partiyalarının Məşvərət Şurası adlı qurum mövcud deyil. Ayrı-ayrı siyasi xadimlər zaman-zaman görüşüb çay içirlər, müxtəlif məsələlərlə bağlı müzakirələr aparırlar. Sadəcə, mətbuat onları qurum kimi qələmə verirlər. Ona görə də olmayan bir qurumun kiminsə sifarişi ilə yaradılması iddiası absurd və gülüncdür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR