Bank Of Baku

NATO Parlament Assambleyasının Demokratik İdarəçilik üzrə Alt Komitəsinin və Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri arasında görüş keçirilib

NATO Parlament Assambleyasının Demokratik İdarəçilik üzrə Alt Komitəsinin və Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri arasında görüş keçirilib
# 21 sentyabr 2007 11:40 (UTC +04:00)
Bu gün Avro-Atlantik Mərkəzdə (AAM) NATO Parlament Assambleyasının Demokratik İdarəçilik üzrə Alt Komitəsinin nümayəndə heyəti ilə Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri arasında görüş keçirilib. Mərkəzdən APA-ya verilən məlumata görə, görüşü açıq elan edən AAM-ın sədr əvəzi Ramin İsayev AAM-ın yaranması, fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, Azərbaycanla Avro-Atlantik institutlar arasındakı əməkdaşlığın ictimai diplomatiya cəhətləri barədə görüş iştirakçılarına qısaca məlumat verib. Nümayəndə heyətinin rəhbəri cənab Çetin Kozak Azərbaycanın müasir Avropa ölkəsi olmaq niyyətini yüksək qiymətləndirdiklərini bildirib. Onun sözlərinə görə, səfər zamanı əldə etdikləri bilik və məlumatlar Azərbaycanla bağlı hesabatda öz əksini tapacaq. Görüşdə iştirak edən xarici qonaqlar və Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri xüsusi vurğulayıblar ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması Azərbaycanın və ümumilikdə cənubi Qafqaz regionunun Avro-Atlantik məkana inteqrasiyasını əngəlləyir: “Ona görə də NATO Parlament Assambleyası bu münaqişənin tezliklə və ədalətli həll edilməsi işinə öz töhfəsini verməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR