Bank Of Baku

Arif Hacılı: “Pənah Hüseynə lazımi qədər cavab verilib və disskussiyaya nöqtə qoymaq lazımdır”

Arif Hacılı: “Pənah Hüseynə lazımi qədər cavab verilib və disskussiyaya nöqtə qoymaq lazımdır”
# 21 sentyabr 2007 12:06 (UTC +04:00)
“Müsavat rəhbərliyi özündən asılı olmayan səbəblərdən kifayət qədər ciddi bir dövrdə daxili müzakirələrə cəlb olunub. Pənah Hüseynin partiyaya qarşı səsləndirdiyi fikirlərə lazımı qədər cavab verilib, hər kəsin mövqeyi aydındır və bu disskussiyaya artıq nöqtə qoymaq lazımdır”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Bundan sonra P. Hüseynin ittihamlarına cavab verməyəcəyini bildirən A. Hacılı hesab edir ki, qarşı tərəf də analoji addım atmalıdır: “Çünki Pənah Hüseynin ittihamları bütün diqqəti daxili mübarizəyə yönəldir və bu da ümumi prosesə ziyan vurur. Ona görə də düşünürəm ki, bu, dayanmalıdır. Artıq bir sıra məqamlar - ümumi, strateji və taktiki məsələlərlə bağlı mövqelər aydınlaşıb. Müsavatın da, Pənah Hüseynin də mövqeyi hər kəsə - istər müxalifətə, istərsə də hakimiyyətə aydındır”. P. Hüseynlə Müsavat arasındakı yaxın əlaqələrin kəsilməsinə gəldikdə, A. Hacılı buna konkret cavab verməyib: “Bu suala cavab versəm, o zaman diskussiya uzana bilər”.
P. Hüseyn isə APA-ya açıqlamasında bildirib ki, bu diskussiyanı o başlamadığı üçün birtərəfli qaydada dayandıra bilməz: “Bu prosesi onu başlayanlar dayandıra bilər. Mən bu məsələlərə sadəcə, normal bir diskussiya kimi baxmışam. Digər tərəfdən, daim bir mövzunun üzərində qalmaq olmaz”. P. Hüseynin sözlərinə görə, seçki ilə bağlı problemlər həmişə gündəmdə qalacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR