Bank Of Baku

Pənah Hüseyn 15 nəfərlik deputat fraksiyasının yaradılmasını təklif edib

Pənah Hüseyn 15 nəfərlik deputat fraksiyasının yaradılmasını təklif edib
# 21 sentyabr 2007 12:14 (UTC +04:00)
“Parlamentdə daha böyük tərkibdə - təxminən 15 nəfərlik deputat qrupunun yaradılmasına ehtiyac var. Bu qrupa digər müxalifət partiyalarını təmsil edən partiyaların deputatları da qoşulmalıdır”. Bunu APA-ya açıqlamasında “Müsavat” deputat qrupunun üzvü Pənah Hüseyn deyib. Parlamentin hazırkı daxili Nizamnaməsinin dəyişdirilməsini vacib sayan P. Hüseynin fikrincə, rəsmi fraksiya yaratmaq üçün tələb olunan deputatların sayı 25-dən 7-11-ə endirilməlidir: “Bundan sonra digər müxalifyönlü deputatların da cəlb edilməsi ilə yeni fraksiya yaratmaq mümkündür. Bununla bağlı əvvəllər təşəbbüs irəli sürülmüşdü, amma hələlik bu istiqamətdə bir iş görülməyib. Bu fraksiyanın radikal olması o qədər də önəmli deyil, vacib olan odur ki, bir qədər fərqli mövqe nümayiş etdirə bilsin”. P. Hüseyn parlamentin payız sessiyası başladıqdan sonra bu istiqamətdə danışıqlar aparacağını deyib. Bununla bərabər o, “Müsavat” deputat qrupunun fəaliyyətini davam etdirməsini də əhəmiyyətli sayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR