Bank Of Baku

Azərbaycanlı deputatlar və MSK nümayəndələri Ukraynadakı parlament seçkilərini müşahidə edəcək

Azərbaycanlı deputatlar və MSK nümayəndələri Ukraynadakı parlament seçkilərini müşahidə edəcək
# 21 sentyabr 2007 13:24 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin üç üzvü Ukraynada sentyabrın 30-da keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva APA-ya açıqlamasında AŞ PA müşahidə missiyasının tərkibində Ukraynaya gedəcəyini bildirib. O, sentyabrın 29-da Kiyevdə olacaqlarını və müşahidənin oktyabrın 1-nə kimi davam edəcəyini deyib. Digər millət vəkili - Eldar İbrahimov isə ATƏT Parlament Assambleyasının nümayəndə heyətinin tərkibində Ukraynaya yollanacaq. E. İbrahimovun sözlərinə görə, Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri Fərrux Zeynalov da seçkiləri izləyənlər sırasında olacaq. NATO PA-nın nümayəndə heyətinin tərkibində Kiyevə getməyi planlaşdıran Səyavuş Novruzov isə səfərini təxirə salıb. E. İbrahimov bunu millət vəkilinin Bakıdakı işlərinin çoxluğu ilə izah edib.
Ukraynadakı seçkiləri Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri də izləyəcək. Sentyabrın 28-dən oktyabrın 1-dək Kiyevdə olacaq nümayəndə heyətinə qurumun sədri Məzahir Pənahov rəhbərlik edəcək. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR