Bank Of Baku

GUAM Milli Koordinatorlar Şurasının Bakıda keçirilən toplantısında yekun protokol imzalanıb

GUAM Milli Koordinatorlar Şurasının Bakıda keçirilən toplantısında yekun protokol imzalanıb
# 21 sentyabr 2007 13:25 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, bu barədə qərar GUAM Milli Koordinatorlar Şurasının Bakıda keçirilən 7-ci iclasında qəbul olunub. Milli koordinatorlar BMT Baş Assambleyasının 62 sessiyasının gündəliyindəki məsələlərlə bağlı GUAM ölkələrinin bundan sonrakı fəaliyyəti məsələsini müzakirə edərək məsləhətləşmələrin davam etdirilməsi və gündəliyə daxil edilən qətnamələrin BMT üzvü olan ölkələr tərəfindən dəstəklənməsi işinin təşkili barədə razılığa gəliblər. Bundan başqa iclasda GUAM Xarici İşlər Nazirləri Şurasının BMT Baş Assambleyası çərçivəsində keçiriləcək toplantısının gündəliyini, ssenarisini və proqram layihələrini razılaşdırmağa müvəffəq olublar. Qeyd olunan sənədlər müzakirəyə Azərbaycan tərəfindən təqdim olunub. GUAM Milli Koordinatorlar Şurasının toplantısında qərara alınıb ki, qurumun Nizamnaməsi və GUAM-ın üstünlükləri və immunitetləri haqqında saziş təsdiqlənmək üçün GUAM Parlament Assambleyasına tövsiyə olunsun. Qeyd edək ki, GUAM Parlament Assambleyasının iclası Bakıda keçiriləcək. Tərəflər həmçinin GUAM-ın 2007-ci il üçün büdcəsinin dəqiqləşdirilməsi və 2008-ci il üçün büdcə layihəsini razılaşdırıblar. Bu layihələr GUAM Xarici İşlər Nazirləri Şurasına təqdim olunacaq. İclasın əsas müzakirə mövzularından biri qurumun terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkotik qaçaqmalçılığına və digər təhlükəli cinayət növlərinə qarşı mübarizə dair Virtual Mərkəzinin yaradılması ideyası olub. İştirakçılar işçi qruplar tərəfindən hazırlanan bu layihənin razılaşdırılmasını davam etdirmək və yekun sənədi oktyabrın sonunda GUAM Xarici İşlər Şurasına təqdim etmək qərarına gəliblər. İclasda Ukraynanın “GUAM Beynəlxalq İnkişaf Fondu” adlı beynəlxalq ictimai təşkilatın yaradılması barədə məlumatı dinlənilib və bu təşkilata tam dəstək vermək tövsiyə edilib. Ukrayna xarici işlər nazirinin müavini Veselovski GUAM dövlət başçıları tərəfindən 1932-1933-cü illərdə Ukrayna xalqına qarşı soyqırımı törədilməsi faktının “Qolodomor”un tanınmasına dair qərar qəbul edilməsi məsələsinə baxmağı xahiş edib və GUAM milli koordinatorları bu məsələni nəzərə alacaqlarını bildiriblər. Qeyd edək ki, GUAM Milli Koordinatorlar Şurasının 7-ci iclası noyabrın ikinci ongünlüyündə Kiyevdə keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR