Bank Of Baku

Araz Əzimov: “GUAM sülhməramlı qüvvələrinin yaradılması hələlik gündəlikdə deyil”

Araz Əzimov: “GUAM sülhməramlı qüvvələrinin yaradılması hələlik gündəlikdə deyil”
# 21 sentyabr 2007 13:37 (UTC +04:00)
“Sülhməramlı qüvvələrin yaradılması heç də sadə məsələ deyil. Bunun üçün həm praktik, həm də siyasi hazırlıq olmalıdır”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, GUAM ölkələrinin hərbi əməkdaşlığı üçün əsaslar var. Nazir müavini hərbi əməkdaşlığın müxtəlif formaları olduğunu söyləyib: ”Bunlar təcrübə mübadiləsi, hərbçilərin qarşılıqlı səfərləri, birgə təlimlər aparılması, hərbi-texniki məsələlərdə daha effektiv əməkdaşlığın müxtəlif formalarından istifadə etməklə birgə maraqların və hər ölkənin ayrılıqda maraqlarını təmin etməkdən ibarət ola bilər. Bu istiqamətlərdə irəliləmək üçün kifayət qədər imkanlar var. Moldova istisna olmaqla, digər GUAM üzvlərinin sülhməramlı qüvvələri var, onlar beynəlxalq səviyyəli əməliyyatlarda, böhran zonalarında fəaliyyət göstərir. Birgə sülhməramlı qüvvələrin yaradılması üçün kifayət qədər şərtlər də var, ona görə də bu qüvvələrin yaradılması üçün bir az səy göstərmək lazımdı. Gələcəkdə belə bir imkan yarana bilər. Hələliksə bu məsələ gündəlikdə deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR