Bank Of Baku

“Müsavat” deputat qrupu parlamentin payız sessiyasında bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi məsələsini qaldıracaq

“Müsavat” deputat qrupu parlamentin payız sessiyasında bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi məsələsini qaldıracaq
# 21 sentyabr 2007 13:37 (UTC +04:00)
“Müsavat” deputat qrupu parlamentin payız sessiyasında qaldıracağı məsələlərin təxmini siyahısını müəyyənləşdirib. Qrupun keçmiş rəhbəri Pənah Hüseynin APA-ya verdiyi məlumata görə, qrup üzvləri bir nömrəli məsələ kimi Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsini irəli sürəcəklər. Bundan əlavə, “Diffamasiya haqında”, “Tikinti fəaliyyəti haqqında”, “Müxalifətin hüquqi fəaliyyətinin təminatı”, “Enerji təhlükəsizliyi haqqında” qanunların, “Gömrük Məcəlləsi”nin qəbul olunması, “Siyasi partiyalar haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqında”, “Neft haqqında”, “Vəkillik fəaliyyəti haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsi məsələsi qaldırılacaq. P. Hüseyn həmçinin vətəndaşların istirahət hüququnun təmin olunması, inflyasiya ilə əlaqədar vətəndaşların əməkhaqqı, təqaüd və müavinətlərin artırılması, hərbi qulluqçuların əməkhaqqının artırılması, Bakının baş planına yenidən baxılması ilə bağlı təkliflərin irəli sürüləcəyini bildirib. Bu təkliflərin nə qədər nəzərə alınıb-alınmayacağına gəldikdə, millət vəkili parlament rəhbərliyinin Milli Məclisdə səslənmiş fikirlərə diqqət yetirmədiyini bildirib: “Bundan əlavə, müxalifətyönlü şəxslərə normal çıxış etmək imkanı verilmir. Vaxtından əvvəl mikrofonlar söndürülür. Yəni parlamentin özünün demokratikləşməsinə ehtiyac var. Ona görə parlamentin daxili Nizamnaməsinə dəyişikliyin edilməsi də təklif olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR