Bank Of Baku

Milli Birlik Hərəkatı seçki komissiyalarını 5 partiyanın bazasında formalaşdırmağı təklif edir

Milli Birlik Hərəkatı seçki komissiyalarını 5 partiyanın bazasında formalaşdırmağı təklif edir
# 21 sentyabr 2007 14:38 (UTC +04:00)
Milli Birlik Hərəkatının İdarə Heyətinin iclası keçirilib. Hərəkatın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda ölkədəki mövcud ictimai-siyasi vəziyyət, seçki qanunvericiliyinin təkmilləşməsi müzakirə edilib. Hərəkat rəhbərliyi hesab edir ki, seçki komissiyalarının son parlament seçkilərinə 60-dan çox dairədə öz namizədi ilə qatılmış və seçicilərin minimum 1 faizinin səsini toplamış YAP, ALP, AXCP, ADP və Müsavat partiyalarının nümayəndələrindən, partiyalararası bərabərlik prinsipi əsasında formalaşmalıdır. İH üzvləri komissiyaların YAP-ın nəzarəti altından çıxarılmayacağı halda kütləvi aksiyaların keçirilməsi və seçkilərin boykot olunmasını zəruri hesab ediblər. Hərəkat rəhbərliyi bununla əlaqədar “Azadlıq” blokuna daxil olan AXCP və VİP-lə daha sıx əməkdaşlıq etmək, onlarla birgə yerdə yerli təşkilatların müşavirələrini intensivləşdirmək və yerli təşkilatların kütləvi aksialara hazırlığı üçün əlavə tədbirlər planı hazırlayıb. İdarə Heyətinin üzvləri bütün müxalif siyasi qüvvələrinin seçki komissiyalarının formalaşmasına eyni mövqedən çıxış etməsinin böyük əhəmiyyət daşıdığını qeyd ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR