Bank Of Baku

Araz Əzimov: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının siyasi və geosiyasi məhdudluğu açıq-aydın görünür”

Araz Əzimov: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının siyasi və geosiyasi məhdudluğu açıq-aydın görünür”
# 21 sentyabr 2007 14:39 (UTC +04:00)
Xatırladaq ki, N. Bordyuja Azərbaycan və Gürcüstanın hərbi büdcələrini artırmasının KTMT üzvlərinə təhlükə yaratdığını bildirib. A. Əzimovun fikrincə, bu sözlər beynəlxalq əlaqələr sahəsində fəaliyyət göstərən dövlət məmuruna yaraşmır: “Yəqin ki, bu bəyanatın verilməsinin konkret səbəbləri var. Onların arxasında kimlərin dayandığını başa düşürük. Eyni zamanda təşkilatın bizim regionda bir üzvü olduğu halda, bütün regionda öz maraqlarını təmin etməyə çalışması Azərbaycan üçün məqbul hesab oluna bilməz”. Nazir müavini bildirib ki, təşkilatın gündəliyində duran məsələlər təhlükəsizliyin təminatı ilə bağlı olsa da, bu quruma üzvlük məhdud xarakteri daşıyır və bu məhdudiyyət yalnız texniki və ya hansısa praktik səbəblərlə əlaqədar deyil: “Yəqin ki, bu məhdudiyyətin arxasında siyasi və geosiyasi problemlər dayanır. Cənubi Qafqazın 3 ölkəsindən ikisi bu qurumun üzvü deyil və yaxın gələcəkdə onların üzvlüyə daxil olması gözlənilmir. O da nəzərdən qaçmamalıdır ki, keçmiş SSRİ-nin yerində yaranmış 12 müstəqil dövlətdən yalnız 6-sı bu təşkilata daxildir və başqa dövlətlərin heç biri quruma yaxın durmur. Beləliklə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının siyasi və geosiyasi məhdudluğu açıq-aydın ortadadır”.
A. Əzimov KTMT-nin planlarında Cənubi Qafqaz regionu üçün hərbi qruplaşmaların təşkilinin nəzərdə tutulmasının əcaib olduğunu bildirib. Onun sözlərinə görə, heç kəs üçün sirr deyil ki, təşkilatın geosiyasi istiqaməti çoxdan müəyyənləşdirilib: “Bu, biristiqamətli təşkilatdır. Belə bir məntiq, belə fəlsəfə Azərbaycan və Gürcüstanın yeritdiyi siyasətin məqsədlərinə, fəlsəfəsinə uyğun gəlmir. Azərbaycan və Gürcüstan beynəlxalq inteqrasiya formasında genişlənən əməkdaşlığın bərabərhüquqlu iştirakçıları olmaq niyyətindədir”. Azərbaycanın hərbi büdcəsinin artırılmasına da toxunan diplomat bunun ümumi büdcənin bir parçası olaraq ölkənin iqtisadi inkişafının nəticəsi olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR