Bank Of Baku

Azay Quliyev ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb

Azay Quliyev ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb
# 21 sentyabr 2007 14:48 (UTC +04:00)
Milli Məclisin deputatı, Milli QHT Forumunun (MQF) prezidenti Azay Quliyev ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero ilə görüşüb. MQF-dən APA-ya daxil olan məlumata görə, görüşdə A. Quliyev Azərbaycan prezidentinin QHT-lərlə bağlı 27 iyul 2007-ci il tarixli sərəncamı və bu sənədə ictimai sektorun müsbət reaksiyası, eləcə də Prezident Aparatına təqdim etmək üçün hazırlanan təkliflər haqda geniş məlumat verib. O, bir müddət əvvəl USAİD-nin təşkilatçılığı ilə bu məsələ ilə bağlı bir sıra beynəlxalq təşkilatlarla da müzakirə apardığını bildirib. X. L. Herrero isə beynəlxalq təşkilatlarla ölkə QHT-ləri arasında sıx əməkdaşlıq münasibətlərinin davamı və inkişafının ölkədə vətəndaş cəmiyyətinin qurulması üçün vacib olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR