Bank Of Baku

YAP-ın keçirəcəyi beynəlxalq konfransda dünyanın 20-dən çox ölkəsinin siyasi partiyalarının nümayəndələri iştirak edəcək

YAP-ın keçirəcəyi beynəlxalq konfransda dünyanın 20-dən çox ölkəsinin siyasi partiyalarının nümayəndələri iştirak edəcək
# 21 sentyabr 2007 14:53 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü və təşkilatçılığı ilə sentyabrın 27-də Bakıda “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konfransda dünyanın 20-dən çox ölkəsinin siyasi partiyalarının yüksək vəzifəli nümayəndələri və bu sahə üzrə mütəxəssislər iştirak edəcək. Konfransın gedişində sivilizasiyaların dialoquna dair bir sıra məruzələr dinləniləcək və müzakirə aparılacaq. Konfransda ABŞ-ın Respublikaçılar, Demokratlar, Rusiyanın “Yedinaya Rossiya” partiyalarının nümayəndələri, Almaniya, Türkiyə, Yaponiya, Kanada, Fransa, İran, Çin, Latviya, Hindistan və digər ölkələrin parlamentlərində təmsil olunan partiyalardan millət vəkillərinin iştirakı nəzərdə tutulub. Konfransda Azərbaycanın Milli Məclisində təmsil olunan partiyaların təmsilçiləri, deputatlar, müstəqil ekspertlər və media nümayəndələri iştirak edəcək. Müzakirələrin yekunu kimi siyasi partiyaların Bakı Bəyannaməsi qəbul olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR