Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın dövlət nazirini qəbul edib
# 21 sentyabr 2007 15:43 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Biznes, Sahibkarlıq və Tənzimləmə İslahatı Departamentinin Enerji məsələləri üzrə dövlət naziri Malkolm Viksi qəbul edib. Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, tərəflər enerji siyasəti, enerji mənbələrinin diversifikasiyası, Xəzər dənizi hövzəsinin bu enerji təhlükəsizliyində yeri, Orta Asiya regionunda mövcud ehtiyatların Avropa bazarlarına çıxarılması, Azərbaycanın tranzit ölkə kimi rolu barədə müzakirə aparıblar. Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin artıq reallığına çevrildiyini qeyd edən nazir Elmar Məmmədyarov Azərbaycan qazının da Avropa bazarlarına çıxarılmasının enerji siyasətində prioritet məsələ olduğunu diqqətə çatdırıb. Avropa İttifaqı ilə imzalanmış enerji sahəsində anlaşma memorandumunu xatırladan nazir əməkdaşlığın bu sahədə dərinləşdirilməsinin və Avropa İttifaqının regionla bağlı siyasətində daha fəal olmasının zəruriliyini vurğulayıb. Britaniya rəsmisi Azərbaycanın Avropaya inteqrasiya və Avropa dəyərlərinə çatmaq siyasətini yüksək qiymətləndirib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümidvar olduğunu və beynəlxalq hüquq normaları daxilində haqqın Azərbaycan tərəfdə olduğunu bildirib. Nazir Elmar Məmmədyarov Azərbaycanın inkişaf, rifah yolunu seçdiyini, dünya dövlətləri, o cümlədən qonşu dövlətlərlə səmərəli əməkdaşlıq münasibətlərinə üstünlük verdiyini qeyd edərək, Ermənistanın apardığı təcavüz siyasətinin Avropa dəyərlərindən və davranış kodeksindən kənar olduğunu diqqətə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR