Bank Of Baku

AŞPA-nın Cənubi Qafqazda mədəni irs məsələləri üzrə məruzəçisinin regiona nə vaxt səfər edəcəyi bəlli deyil

AŞPA-nın Cənubi Qafqazda mədəni irs məsələləri üzrə məruzəçisinin regiona nə vaxt səfər edəcəyi bəlli deyil
# 21 sentyabr 2007 15:56 (UTC +04:00)
AŞPA-nın Cənubi Qafqazda mədəni irs məsələləri üzrə məruzəçisinin regiona səfərinin baş tutmaması səfər proqramının Azərbaycan və Ermənistanla razılaşdırılmaması ilə bağlıdır. Bunu APA-ya açıqlamasında Avropa Şurasının baş katibinin Azərbaycandakı nümayəndəsi Denis Bribosia deyib. O bildirib ki, missiyanın Dağlıq Qarabağa planlaşdırılan səfəri də bunda rol oynayıb. D. Bribosia məruzəçi Edvard Oharanın Gürcüstana səfər etməsinə dair xəbərləri də təkzib edib: “Missiya ümumiyyətlə, bölgəyə gəlməyib”. D. Bribosianın sözlərinə görə, AŞPA missiyasının səfəri ləğv olunmayıb, sadəcə, təxirə salınıb. Ancaq o, səfərin nə vaxt həyata keçiriləcəyini söyləməkdə çətinlik çəkib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR