Bank Of Baku

Britaniyalı nazir Malkolm Viks türkmən qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropaya nəqlini maraqlı ideya adlandırıb

Britaniyalı nazir Malkolm Viks türkmən qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropaya nəqlini maraqlı ideya adlandırıb
# 21 sentyabr 2007 16:05 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Böyük Britaniyanın Biznes, Sahibkarlıq və Tənzimləmə İslahatı Departamentinin enerji məsələləri üzrə dövlət naziri Malkolm Viks bəyan edib. O bildirib ki, regiona səfəri çərçivəsində Türkiyə və Türkmənistanda faydalı görüşlər keçirib: “Mən səfərimi Azərbaycanla yekunlaşdırmaq və bir sıra suallara cavab tapmaq istəyirəm. Biz geniş əraziləri əhatə edən səfər edirik. Azərbaycan neft və qazla zəngin bir ölkədir. Gələcəkdə Böyük Britaniya və Avropa İttifaqının neft və qaza olan tələbatı artacaq. Biz enerji ehtiyatları ilə zəngin olan Türkmənistanı Xəzər dənizinin altından keçməklə Azərbaycan və Türkiyə ilə birləşdirəcək dəhlizin açılmasında çox maraqlıyıq. Çünki, bununla Avropa Birliyi ölkələri üçün çox iri bazar yaranmış olur. Məncə, bu çox gözəl ideyadır. Bu, eyni zamanda Azərbaycan üçün də çox yaxşıdır”. Türkmənistana səfərini şərh edən nazir bu ölkənin enerji strategiyasının yenilənməkdə olduğunu vurğulayıb: “Hesab edirəm ki Türkmənistan prezidenti anlayır ki, onun enerji ehtiyatlarının müxtəlif müştəriləri var. Amma prezident eyni zamanda ölkəsini Azərbaycan və Türkiyə vasitəsilə Avropa Birliyi ilə birləşdirəcək dəhlizin açılmasında da maraqlıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR