Bank Of Baku

İsveçrə parlamentinin deputatı: “Azərbaycanda məcburi köçkünlərin vəziyyəti dəhşətlidir”

İsveçrə parlamentinin deputatı: “Azərbaycanda məcburi köçkünlərin vəziyyəti dəhşətlidir”
# 21 sentyabr 2007 16:08 (UTC +04:00)
“Azərbaycanda məcburi köçkünlərlə görüşdüm, onların vəziyyəti dəhşətlidir”. Bu açıqlamanı APA-ya Avropa Şurasının Gürcüstan, Ermənistan, Azərbaycan və Çeçenistanda qaçqınlar üzrə məruzəçisi, İsveçrə parlamentinin deputatı Qabi Demo Monbold verib. Onun sözlərinə görə, İsveçrə hökuməti Azərbaycan və Ermənistandan olan qaçqın və məcburi köçkünlərə səhiyyə sahəsində əvəzsiz yardım göstərib. Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasını vacib sayan Avropa Şurası təmsilçisi bunu region üçün mühüm amil sayıb: “Qaçqınlar öz yurd-yuvalarına qayıtmalı, onlara sülh şəraitində işləmək və yaşamaq şəraiti yaratmaq lazımdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR