Bank Of Baku

Bruno Pueza: “Azərbaycanın onu maraqlandıran məsələlərin Baş Assambleyada müzakirəsinə nail olması çox gözəldir”

Bruno Pueza: “Azərbaycanın onu maraqlandıran məsələlərin Baş Assambleyada müzakirəsinə nail olması çox gözəldir”
# 21 sentyabr 2007 16:14 (UTC +04:00)
“BMT Baş Assambleyası dünyada yeganə orqandır ki, orada bütün ölkələr eyni hüquqludur. Burada hər ölkə öz səsinin eşidilməsinə nail ola bilər. Ona görə də Azərbaycanın onu maraqlandıran məsələlərin Baş Assambleyada müzakirəsinə nail olması çox gözəldir”. Bu sözləri APA-ya açıqlamasında BMT-nin Azərbaycandakı nümayəndəsi Bruno Pueza deyib. O bildirib ki, Azərbaycanla bağlı aparılacaq diskussiyalar Bakının öz mövqeyini ifadə etməsi üçün əla imkandır. Diplomat xatırladıb ki, Baş Assambleyada Azərbaycanla bağlı iki məsələ müzakirə olunacaq: GUAM ölkələri ərazisində “dondurulmuş münaqişələr” və Azərbaycanın işğal olunmuş ərazilərində törədilən yanğınlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR