Bank Of Baku

Akif Nağı: “Siyasi partiyalar Akif Nağıya zəng etməkdən çəkinir, adlarının “qara dəftər”ə düşməsindən ehtiyat edirlər”

Akif Nağı: “Siyasi partiyalar Akif Nağıya zəng etməkdən çəkinir, adlarının “qara dəftər”ə düşməsindən ehtiyat edirlər”
# 22 sentyabr 2007 08:46 (UTC +04:00)
A. Nağı APA-ya bildirib ki, bununla bağlı məhkəmə qərarı olmasa da, polis onun və rəhbərlik etdiyi təşkilatın fəallarının hərəkətlərini nəzarət altında saxlayır. Mülki geyimli şəxslərin binanı mühasirədə saxladığını deyən A. Nağı ölkənin müxalifət düşərgəsində olan siyasi qurumlara ismarıc göndərib: “Yəqin siyasi partiyalar Akif Nağıya zəng etməkdən çəkinir, adlarının “qara dəftər”ə düşməsindən ehtiyat edirlər. Siyasi partiyalar və ictimai təşkilatlar gözləmə mövqeyi tutmalarını heç nə ilə əsaslandıra bilməyəcəklər”.
Qeyd edək ki, erməni idmançılarının Bakıda keçirilən güləş üzrə dünya çempionatına qatılmasına etiraz edən QAT bu məqsədlə kütləvi aksiyalar keçirməyi nəzərdə tutmuşdu. Bununla əlaqədar A. Nağı və təşkilatın üzvləri dəfələrlə polisə aparılıb və bir neçə saat saxlandıqdan sonra buraxılıblar. Sentyabrın 17-dən isə A. Nağı evinin qarşısında polis tərəfindən saxlanılaraq, Xətai rayon Polis İdarəsinə aparılıb və 1 gün orada saxlanılıb. Sentyabrın 18-dən isə onun yaşadığı ev polis tərəfindən nəzarətə götürülüb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR