Bank Of Baku

Şahbuz-Babək seçki dairəsi üçün yeni bina inşa olunacaq

Şahbuz-Babək seçki dairəsi üçün yeni bina inşa olunacaq
# 22 sentyabr 2007 09:37 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasında 5 saylı Şahbuz-Babək seçki dairəsi üçün yeni inzibati bina tikiləcək. APA-nın Naxçıvan bürosunun məlumatına görə, bununla bağlı Şahbuz qəsəbəsi ərazisində Heydər Əliyev prospektində yer ayrılıb. Bu ikimərtəbəli binada 10-dan artıq iş otağı, 108 yerlik iclas zalı olacaq. Binada həmçinin müşahidəçilər və deputat köməkçiləri üçün otaqlar, arxiv, yeməkxana istifadəyə veriləcək.
Qeyd edək ki, Naxçıvan MR-da hazırda 3 saylı Babək-Kəngərli seçki dairəsi üçün yeni binanın tikintisi davam edir. Bu regionda dairə seçki komissiyalarının maddi-texniki bazaların möhkəmləndirilməsi məqsədi daşıyır. Növbəti mərhələlərdə Culfa və Ordubad rayonlarında da seçki dairələri üçün yeni inzibati binalar inşa olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR