Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının yaşadığı evin ətrafından polis nəzarəti götürülüb

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının yaşadığı evin ətrafından polis nəzarəti götürülüb
# 24 sentyabr 2007 08:10 (UTC +04:00)
A. Nağı APA-ya bildirib ki, sentyabrın 23-də axşam saatlarında onun yaşadığı evi nəzarət altında saxlayan mülki geyimli polis əməkdaşları ərazini tərk ediblər. O bu gündən işə çıxdığını da deyib: “Səhər saatlarında evdən çıxmağıma maneçilik törədilmədi. Buna baxmayaraq, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarından yazılı izahat tələb edəcəyəm”.
Qeyd edək ki, erməni idmançılarının Bakıda keçirilən güləş üzrə dünya çempionatına qatılmasına etiraz edən QAT bu məqsədlə kütləvi aksiyalar keçirməyi nəzərdə tutmuşdu. A. Nağı və təşkilatın üzvləri dəfələrlə polisə aparılıb və bir neçə saat saxlandıqdan sonra buraxılıblar. Sentyabrın 18-dən isə onun yaşadığı ev polis tərəfindən nəzarətdə saxlanaraq, mənzilindən çıxmasına imkan verilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR