Bank Of Baku

Ekspert qrupunun tərkibində Qəbələ RLS-ə səfər etmiş azərbaycanlı alim: “Qəbələ RLS-in müasir standartlara cavab vermədiyi barədə deyilənlər həqiqətə uyğun deyil”

Ekspert qrupunun tərkibində Qəbələ RLS-ə səfər etmiş azərbaycanlı alim: “Qəbələ RLS-in müasir standartlara cavab vermədiyi barədə deyilənlər həqiqətə uyğun deyil”
# 24 sentyabr 2007 09:11 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında ABŞ, Rusiya və Azərbaycan ekspertlərinin sentyabrın 18-də Qəbələ RLS-ə keçirdikləri baxış-monitorinqdə iştirak edən yeganə alim, fizika-riyaziyyat elmləri doktoru Rəhim Mədətov deyib. O bildirib ki, baxış-monitorinq zamanı qarşıya qoyulan əsas məqsəd RLS-in texniki və taktiki məsələlərinin aydınlaşdırılması, elektromaqnit dalğalarının ətraf mühitə təsirini analiz etmək olub. Alimlər zona ilə bağlı bu kimi faktların araşdırılması ilə əvvəllər də məşğul olublar, bu dəfə isə üçtərəfli ekspertlərin iştirakı ilə təşkil edilən RLS-lə tanışlığa rəsmən dəvət olunan R. Mədətovun sözlərinə görə, Qəbələ RLS-in müasir standartlara cavab vermədiyi barədə deyilənlər həqiqətə uyğun deyil: “Biz orada təqribən 2025-ci ilə qədər nəzərdə tutulan gələcək planlarla da tanış olduq. Əgər danışıqlar baş tutsa, onda 2025-ci ilə qədər həmin yerdə yeni tipli RLS işləyə bilər”. Baxış-monitorinqdə iştirak edən ABŞ və Rusiya nümayəndə heyətinin tərkibində elm xadimləri olmasa da, qurğuların tədqiqi, araşdırılması, konstruksiyası ilə məşğul olan mühəndis-texniklər üçün müəyyən faktlar, göstəricilər hətta gözlənilməz olub. R. Mədətovun fikrincə, qurğunun hazırkı vəziyyəti qənaətbəxşdir: “Sistemin göstəriciləri və iş prinsipləri ekspertləri qane etdi, çünki qoyulan bir sıra maraqlı məsələlərə verilən cavablar onları maraqlandırmaya bilməzdi. Hazırda qurğu tam hərbi hazırlıq vəziyyətindədir və fasiləsiz işləyir”. Sistemin ətraf mühitə təsirinə gəlincə, alimin bildirdiyinə görə, radiasiya şüalanması başqa şüalanma olduğundan bu məsələ ilə bağlı “radiasiya” sözünü işlətmək doğru deyil: “Burada söhbət elektromaqnit şüalanmasından gedir. Bu şüalanmanın da tərkib hissələri var. Elektrik və maqnit sahələri ətraf mühitə, o cümlədən insanlara müəyyən qədər təsir edir, bu təsir elmi ədəbiyyatlarda da isbat olunub. Amma bu təsir dərəcəsi dövlət tərəfindən qəbul edilən standart normalara uyğun olmalıdır. Bu gün bizim əlimizdə rəqəmlər var ki, müəyyən ərazilərdə bu göstəricilər normadan xeyli yüksəkdir. Bu məsələ isə belə razılaşdırılıb ki, dövlətin müraciəti əsasında monitorinqlərin aparılması mümkündür və dövlətlərarası münasibətlərdən asılı olaraq, qrup yığılıb birgə işə başlaya bilər”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR