Bank Of Baku

Polis İran səfirliyi qarşısında aksiya keçirilməsinə imkan verməyib

Polis İran səfirliyi qarşısında aksiya keçirilməsinə imkan verməyib
# 24 sentyabr 2007 10:18 (UTC +04:00)
Bu gün Dünya Azərbaycanlıları Konqresi, Güney Azərbaycan Milli Oyanış Hərəkatı və Gənc Türklər Təşkilatı İranda türk dilində tədrisin rəsmiləşdirilməsi tələbi ilə bu ölkənin Azərbaycandakı səfirliyinin binası qarşısında birgə piket keçirməyə cəhd ediblər. APA-nın məlumatına görə, aksiya iştirakçıları M.F.Axundov adına bağdan “Ana dilində təhsil”, “Türk dili ölən deyil, fars dilinə dönən deyil” və başqa şüarlar səsləndirməklə səfirliyin binası qarşısına hərəkət etməyə çalışıblar. Lakin Səbayel Rayon Polis İdarəsinin əməkdaşları onların bura yaxınlaşmasına imkan verməyib. Polislə yaranan toqquşma zamanı aksiya dağıdılıb və 10-dan artıq piket iştirakçısı saxlanılaraq, 9-cu polis bölməsinə aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR