Bank Of Baku

Demokratik Azərbaycan Dünyası Partiyasının Məşvərət Məclisi ilə bağlı mövqeyi dəyişə bilər

Demokratik Azərbaycan Dünyası Partiyasının Məşvərət Məclisi ilə bağlı mövqeyi dəyişə bilər
# 24 sentyabr 2007 10:43 (UTC +04:00)
“Demokratik Azərbaycan Dünyası Partiyasının Siyasi Partiyaların Məşvərət Məclisi ilə bağlı mövqeyində dəyişiklik ola bilər”. Siyasi Partiyaların Məşvərət Məclisinin (SPMM)
ictimaiyyətlə əlaqələr departamentindən APA-ya verilən məlumata görə, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə bildirib ki, Siyasi Partiyaların Məşvərət Məclisində təmsil olunan partiyalar 2008-ci ildə keçiriləcək prezident seçkisində İlham Əliyevin namizədliyini dəstəkləyəcəyi barədə qərar verib. O, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının SPMM-ın “İslahatçı” blokunda təmsil olunmayacağı haqda açıqlamasına da münasibət bildirib: “2008-ci ildə AVP-nin İlham Əliyevin namizədliyini dəstəkləyəcəyi inkaredilməzdir. “İslahatçı” bloku isə dörd partiya tərəfindən təsis edilib. Digər partiyalarla yalnız əməkdaşlıq barədə söhbət gedə bilər. Məşvərət Məclisi öz siyasətini dövlət başçısı İlham Əliyev müdafiəsi yönümündə qurub. Məşvərət Məclisində söz sahibi olan siyasətçi də burada rəhbər ola bilər. Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı da bu posta iddialıdır. Ona görə ki, zamanında quruma rəhbərlik edib”. M. Əlizadə DADP-nin yetərincə sosial bazaya malik olduğunu vurğulayıb: “Biz kifayət qədər sosial bazaya malikik, lakin hələlik rəqəmləri ictimaiyyətə çatdırmaq istəmirik. Biz fəaliyyətdə korrektə və redaktə etməyin vacibliyini gündəmə gətirəcəyik. Hər halda, siyasi fəaliyyətində zəiflərlə eyni sırada olmaq bizə nə verəcək ki? Partiyamızın Məşvərət Məclisinə mövqeyində dəyişiklik ola bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR