Bank Of Baku

Məzahir Pənahov: “Azərbaycanda seçici siyahıları ilə bağlı heç bir problem yoxdur”

Məzahir Pənahov: “Azərbaycanda seçici siyahıları ilə bağlı heç bir problem yoxdur”
# 24 sentyabr 2007 11:04 (UTC +04:00)
“Azərbaycanda seçici siyahıları ilə bağlı heç bir problem yoxdur. Beynəlxalq təşkilatların son hesabatlarında da siyahılarla bağlı heç bir nöqsan göstərilməyib”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, seçicilərin hamısının adının siyahılara daxil olması vacibdir və dünyanın heç bir dövlətində tam hazırlanmış seçici siyahısı yoxdur: “Bu, heç mümkün də deyil. Bir sıra dövlətlərdə seçici siyahılarının hazırlanması üçün dövlət qurumları və seçki komissiyaları heç bir məsuliyyət daşımırlar. Vətəndaş özü seçki komissiyalarına gedib adını siyahılara saldırır. Əgər vətəndaş adını bu siyahılara saldırmırsa, o zaman seçki günü adının ora əlavə edilməsini tələb etməyə haqqı yoxdur. Bizdə isə köhnə ənənələrə görə bu işləri dövlət görməlidir”. M. Pənahov hazırda siyahıların yerli icra orqanları və bələdiyyələr tərəfindən təqdim olunmuş siyahılar əsasında hazırlandığını qeyd edib. O, vətəndaşların özlərinin də adlarının siyahılara salınması məsələsində biganə olduğunu qeyd edib: “Seçici heç vaxt gedib məntəqədə adının siyahıya salınıb-salınmaması ilə maraqlanmır. Amma ümumilikdə bu gün seçici siyahıları ilə bağlı problemlər minimuma endirilib. Avropa ölkələri ilə müqayisədə Azərbaycanda seçici siyahıları dəqiqlik baxımından çox yüksək səviyyədə hazırlanıb”. M. Pənahov Seçki Məcəlləsinə uyğun olaraq 2008-ci ilin yanvarından seçici siyahılarının yenidən dəqiqləşdiriləcəyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR