Bank Of Baku

Azərbaycan Seçki Məcəlləsinin təkmilləşdirilməsinə dair Bakıda keçirilməli olan dəyirmi masanın vaxtı dəyişdirilib

Azərbaycan Seçki Məcəlləsinin təkmilləşdirilməsinə dair Bakıda keçirilməli olan dəyirmi masanın vaxtı dəyişdirilib
# 24 sentyabr 2007 11:16 (UTC +04:00)
Bunun səbəbi isə Azərbaycan prezidentinin imzaladığı İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planına uyğun olaraq MSK tərəfindən oktyabrda kursların keçirilməsi, həmçinin, sentyabrın sonunda MSK rəhbərliyinin Ukraynaya səfəri ilə bağlıdır. M. Pənahov noyabrda təşkil olunacaq müzakirələrin 2008-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı olduğunu da vurğulayıb: “Seçkilər ərəfəsində qanunun təkmilləşməsi ilə bağlı Avropa Şurası müəyyən təklif və tövsiyələrlə çıxış edib. Seçki Məcəlləsində bir sıra məqam var ki, zaman keçdikcə onların təkmilləşdirilməsinə ehtiyac var. Həm də aşağı seçki komissiyalarından bir sıra təklif irəli sürülür ki, biz bunların da nəzərə alınmasına çalışırıq. Yəni Seçki Məcəlləsinin təkmilləşməsi ilə bağlı aparılan müzakirələr konstruktiv, qarşılıqlı anlaşma atmosferdə keçirilən danışıqlardır. Burada sensasiya axtarmağa ehtiyac yoxdur”.
Qeyd edək ki, dəyirmi masanın oktyabrda keçirilməsi nəzərdə tutulurdu. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR