Bank Of Baku

21 saylı DSK-nın yeni binasının açılışı olub

21 saylı DSK-nın yeni binasının açılışı olub
# 24 sentyabr 2007 11:20 (UTC +04:00)
Bu gün 21 saylı Nəsimi birinci seçki dairəsinin Dairə Seçki Komissiyasının (DSK) yeni binasının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhiməliyev və seçicilər iştirak edib. MSK sədri Məzahir Pənahov bildirib ki, yeni tikilən ikimərtəbəli bina müasir standartlara uyğundur və komissiya üzvlərinin normal fəaliyyət göstərməsi üçün bütün imkanlar yaradılıb. O, artıq 50-yə yaxın DSK-nın yeni binasının istifadəyə verildiyini qeyd edib. M. Pənahov sentyabrın sonuna kimi 10-dan artıq DSK-nın yeni binasının da açılışının keçiriləcəyini bildirib. Çıxışlardan sonra binanın qırmızı lenti kəsilib və otaqlara baxış keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR