Bank Of Baku

Dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçiriləcək

Dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçiriləcək
# 24 sentyabr 2007 11:52 (UTC +04:00)
2008-ci il prezident seçkilərindən əvvəl dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçiriləcək. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, 30 mindən çox komissiya üzvü üçün həm yerli mütəxəssislər, həm də beynəlxalq təşkilatların nümayəndələri treninqlər keçirəcəklər: “Ölkə prezidentinin imzaladığı insan haqları üzrə Milli Fəaliyyət Planına uyğun olaraq bu iş sistemli şəkildə təşkil olunacaq. Artıq bununla bağlı MSK-da müzakirələr aparılıb və həyata keçiriləcək tədbirlər planı hazırlanıb. Biz seçicilərlə də maarifləndirmə işi aparmağı nəzərdə tuturuq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR